Top

Niyə digital marketinq?

Niyə digital marketinq?

 

Texnologiyanın sürətlə inkişafı nəticəsində bazarın da get-gedə rəqəmsallaşması heç də təəccübləndirici deyil. Digital dünyanın faydaları hər gün daha da artır. Gedərək daha çox istehlakçı onlayndan daha çox alış-veriş edir. Belə ki, ”Forbes”ə görə istehlakçıların 82%-i online üzərindən araşdırma aparır, ”Tech Crunch”a görə isə 79% internetdən alış-veriş edir.

Bəs bu qədər istehlakçıya necə çatılır? Digital marketinq ilə!

Kiçik bizneslər hədəflənmiş auditoriyaya effektiv üsullarla çatmaq üçün digital marketinq taktikalarından istifadə edir. Araşdırmala görə Amerika Birləşmiş Ştatlarında digital marketinq xərcləri 2021-ci iə qdər 332$ milayrd dollara çatacaq. Digital marketinq həlləri potensial müştərilərə çatmaq üçün ən sərfəli üsulları özündə ehtiva edir.

Biznesinizdə digital marketinqin faydalarından istifadə etmək üçün sizə 9 səbəbi təqdim edirik.

 

  1. Digital marketinq üsullarını tətbiq etmək büdcənizə qənaət edir

Digital marketinqin ən vacib faydalarından biri büdcəizə uyğun olmasıdır. Ənənəvi marketinqdə büdcəsi az olan kiçik bizneslərin daha böyük şirkətlərlə rəqabəti çətinləşir. Ancaq uyğun qiymətə  kiçik bizneslər daha çox marketinq həlləri tətbiq edə bilirlər.

Məsələn kiçik bir biznes 1000-dən çox insana xidmət və məhsulu çatdırmaq üçün 3$ dan daha az büdcə ilə bunu gerçəkləşdirə bilər. Ancaq ənənəvi marketinqlə bu daha böyük bir büdcəylə gerçəkləşir.

 

  1. Digital marketinq nəticələri ölçüləbilən marketinq formasıdır.

Marketinqin işə yarayıb-yaramadığını necə öyrənə bilərsiniz? Əmin olmağın tək yolu, zaman ərzində uğuru ölçməkdir. Radio reklamı və ya banner kimi ənənəvi bir kampaniyanının nəticəsini izləmək çətin olsa da, istifadə etdiyiniz hər bir digital marketinq həlləri ölçüləbiləndir. Digital marketinq analitikası, marketinqin nəticəyə çatıb çatmadığını bəlli edir. Digital marketinq kampaniyalarınızı mütəmadi olaraq ölçərək hansı üsulların işə yaradığını və hansının olmadığını görə bilərsiniz. Həmçinin kampaniyalarınızı daha böyük nəticəyə varmaq üçün necə qurulacağını bilirsiniz. Bu da növbəti kampaniyalarda sizin işinizi daha da asanlaşdırır.

 

  1. Digital marketinqin ən böyük üstünlüklərindən biri ideal alıcılarını hədəfləməyə kömək etməsidir.

Banner reklamı və ya bir jurnala reklam yerləşdirdiyinizdə mesajın hədəf kütləyə çatması üçün plan hazırlayırsınız. Bu qaranlıqda foto çəkmək kimidir.  Ənənəvi marketinq həlləri ilə uğur şansınızı artırmağın yolları olmasına baxmayaraq, digital marketinq eyni hədəfləmə özəlliklərini tətbiq etmir. Digital marketinq ilə hədəflənmiş istehlakçıların paylaşımlarınızı gördüyündən əmin ola bilərsiniz.  Belə ki, SEO, veb-də axtarış edən istehlakçıların xidmət və məhsullarınızla əlaqəli olan postları görməsini təmin edir. Tıklamaya əsasən ödəniş, görüntülənmə, sosial media reklamları, məshullarınız və ya xidmətlərinizlə maraqlanması, ehtimal olunan demoqrafik məlumatlar və ümumi özəlliklərinə görə auditoriyanı hədəfləməyə imkan verir. Hədəfləri böyüdərək marketinq büdcəniz və qaynaqlarınızdan daha çox yararlanmaq üçün çalışa bilərsiniz. Rəqəmsal marketinq reklamlarınıza pul sərf etdiyinizə görə isə qətiyyən narahat olmayın.

  1. Əksər insanların “alış-veriş”i  online üzərindən başlayır.

İnformasiya axtararkən Google və ya digər axtarış motorlarına hansı aralıqda müraciət etdiyinizi düşünün. Onlar üçün problemlərini həll edə biləcək yollar və ya xidmət axtaranda heç bir fərqi yoxdur.  “Vimeo”nun araşdırmasına görə 93% onlayn təcrübələrin 93%-i axtarış motoları ilə başlayır. İstehlakçılar hansı xidmət və ya məhsula ehtiyacı olmadığını bilmədən axtarış motorlarında öz suallarına cavab tapıb, daha çox öyrənmək istəyirlər.

Bu bizneslərin potensial müştərilər ilə əlaqə qurması və alıcının səyahəti (customer journey) başlaması üçün əla fürsətdir. Axtarış motorları üçün optimizə edilmiş fərqli və maraq oyadan kontentlər yaradaraq müştərilərə çata bilərsiniz.

 

  1. Sizin alıcılarınız sosial mediadadır və digital marketinq onlara çatmağınıza yardımçı olur.

Güman ki, digital marketinqin faydaları siyahsıında ən vacibi budur. Fərqi yoxdur sizin bzines hansı sektora aiddir, alıcıların böyük əsəriyyətinin Facebook və Tvitterdə vaxt keçirməyi böyük bir şansdır. eMarketer.com-a görə 2.34 milyard insan və ya dünya əhalisinin ⅓-i sosial media platformalarından davamlı olaraq istifadə edir.

Rəqəmsal marketinq bu işdə sizə yardım edir. Siz təkcə paylaşım etmirsiniz, həmçinin reklam vasitəsilə daha çox izləyiciyə çatısınız. Həmçinin sosial media platformalarının izləyici ilə daimi ünsiyyətdə olmağı təmin etməsi də əsas üstünlüklər sırasındadır.

 

  1. SEO mütərilərinizə intenet üzərindən çatmanızı təmin edir.

SEO müxtəlif həllər təqdim edən digər marketinq taktikasıdır. Saytınızı axtarış motorları üçün optimizə edərək daha çox alıcıya online olaraq çata bilərsiniz. Ximdət və məhsullarınızı tanıda biləcək əlaqəli açar sözlər istifadə edərək saytınıza daha çox hədəflənmiş auditoruya gətirmənizə kömək edə bilər.

  1. Dİgital marketinq mobil istifadəçilərlər əlaqə qurmanıza kömək edir.

Digital marketiqin avantajlarından biri mobil cihazlarda axtarış edən və ya məlumat paylaşanlarla əlaqəyə keçməsidir. Online istifadəçilərin yarısından çoxu veb səhifələrə ağıllı telefonlar vasitəsilə daxil olur. Digital marketinq telefon, tablet, və kompüterlərdə insanalara çatmağa kömək edir.

  1. Uğurlu nəticə üçün strategiya, digital həllərinizi asanlıqla və sürətli şəkildə tətbiq edə bilərsiniz.

Ənənəvi media – tv, radio, qəzet reklamları kimi marketinq həlləri ilə nəticələri görmək üçün kampaniya tamamlandıqda sonra gözləməniz lazım olur. Daha sonra kampaniya üçün həllər tətbiq etmək istədikdə, strategiya ilə ən uğurlu nəticəyə çatmaq üçün anında edə biləcəyiniz demək olar heç nə olmur.

Ənənəvi marketinqdə hansı startegiyanın işə yaradığını təyin etmək üçün həftələrlə, hətta aylarla gözləmək lazım gəlirdisə, digital marketinqlə kampaniyalarınınızın anında nəticələrəini görmək və nəticələri yüksəltmək üçün həllər təbiq etməniz asanlaşır.  

  1. Digital marketinq rəqabəti daha da artırır.

Kiçik bizneslər üçün büdcə azlığı, böyük bizneslərlə rəqabəti çətinləşdirir. Bununla bərabər digital marketinq daha kiçik markaların online olqraq rəqabətdə qalmasını təmin edir. Ənənəvi marketinq həlləri bahalıdır və daha çox insana çatması üçün böyük büdcə tələb edir. Bununla bərabər digital marketinq daha sərfəlidir və həm kiçik, həm böyük şirkətlərin risk etməsini asanlaşdırır. Digital marketinqlə kiçik bizneslər öz məhsul və xidmətlərini yerli və qlobal bazarda sata bilir. Hədəf auditoriyanız bir ölkə ilə məhdud deyilsə, digital marketinqi istifadə edə bilərsiniz. Bu kiçik bizneslərin yeni hədəf auditoriyası tapmasına yardım edir.

No Comments

Post a Comment