Top
Content

DİGİTAL MARKETİNQ 360

Mesajlarınız məqsədli olaraq hədəf auditoyaya çatıb məhsul və xidmətləriniz ilə bağlı təəssürat yaradırmı? Bu suala cavab vermək üçün düşünüb, tərəddüd edirsiniz?
Bizim digital marketinq komandamız müştərilərin məhsulun fərqində olub onu satın almasına qədər olan yolda ixtisaslaşıb. Bunun üçün sadəcə bizə müraciət etməyiniz kifayətdir.

Araşdırma və mövcud vəziyyətin analizi

Strategiya planlamasına başlamamışdan öncə məhsulumuzu və ya xidmətimizi yaxşı tanımalı, rəqiblərimizin  üstün və zəif cəhətlərini təyin edir, bazarı, öz mövcud vəziyyətimizi araşdırmalı və digər lazım olan bütün məlumatları toplamağımız gərəkir ki, görəcəyimiz işə daha böyük pəncərədən baxa bilək və sonrakı addımlarımız üçün yanaşmamızı daha düzgün müəyyənləşdirə bilək.

Auditoriyanın müəyyən olunması

Auditoriyamız kimdir? Onların demoqrafik göstəriciləri, yaşı, iş statusu, məşğuliyyətləri, maraqları, davranışları, digər mühüm məlumatları toplayaraq və müəyyən etdiyimiz auditoriyada müştəri qiymətləndirməsi aparırıq ki, bu da hansı platformalardan, kanallardan hansı şəkildə istifadə etməli olduğumuzu müəyyən etməyə kömək edir.

Digital Marketing hədəflərinin və KPI-ları təyin olunması

Biznes məqsədini öndə tutaraq, əldə etdiyimiz məlumatlardan nəticə çıxararaq hədəflər müəyyən edirik və həmin hədəflərə doğru göstərəcimiz fəaliyyətlərimizin performansını ölçə bilməyimiz üçün, kontrola ala bilməyimiz üçün KPI-lar təyin edəcəyik ki, bu da işimizin uğurlu alınmasında çox böyük yardımçı olacaqdır.

Mesaj, mesajın tonu və formatın təyin olunması

Auditoriyamızı və harda olduqlarını müəyyən etdik, indi isə onlarla ünsiyyətə keçməyimiz lazımdır. Əlbəttə, burda korporativ kimliyinizi əsas götürərək ünsiyyət quracağımız mesajların tonunu, formatlarını müəyyən edəcəyik və bu da marka imicinizi qoruyub saxlamağımıza kömək olacaqdır.

Funnel yaradılması və kanalların seçilməsi

Reklam fəaliyyəti apardığımız zaman auditoriyamızı əvvəldən sona qədər funnel yaradaraq izləməyimiz bizə çox əlverişli prossesə nəzarət imkanı verir.  Hədəf  kütləsinin, satış prosesinin  hansı mərhələsində olduğunu bilmək bizim üçün olduqca əhəmiyyətlidir. Belə ki, satışın proqnozlaşdırılması, satış planının hazırlanması, satış prosesinin hər mərhələsində müştəri sayının təyin olunması, lazımi reklam materiallarının hazırlanması və s. kimi proseslərin həllində əhəmiyyətli rol oynayır.

Fəaliyyət planının və təqvimin hazırlanması

Fəaliyyət planının və təqvimin hazırlanması (SEO, SMM, eMail, PPC, Display, Analytics və s ) Görəcəyimiz işləri planlı şəkildə əvvəlcədən müəyən edirik və bunu bir təqvim halına gətiririk.

Data toplama, analiz və hesabatların hazırlanması

Əlbətdə, planalşdığımız işləri tətbiq edib bitirməklə kifayyətlənmirik, paralel olaraq bütün fəaliyyət boyu müəyyən alətlər vasitəsilə (Google Analytics, Facebook Pixel və.s)  data toplayırıq, ölçü götürürük və analiz aparaq nəticələr çıxarırıq ki, bu da bizim növbəti fəaliyyətimizdə zəruri qərarları verməkdə çox böyük yardımçımız olur.

ROI optimizasiya

Xərclərincə görə geri dönüşü (ROİ- Return on İnvestment) hesablayaraq verəcəyimiz qərarlara rəqəmlər üzərindən haqq qazandırırıq.

Məlumat üçün bizə yazın!