Top

Content Manager

Digitale Agency Content Manager vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifələri: 
  • Məzmun yaratmaq üçün doğru sualların tapılması, mövzu başlıqlarının müəyyən olunması.
  • Seçilən mövzuların araşdırılması və məlumat toplanması.
  • Suallara cavab verən məzmunların hazırlanması, redaktə olunması, idarə olunması.
  • Məzmunun kommunikasiya kanalları üçün müxtəlif formatlara adaptasiyası, yayımı.
  • Yayımlanan məzmunların effektivliyinin ölçülməsi, nəticələrin analiz olunması, yeni məzmunlar üçün nəticə çıxarılması.

Tələblər:

    • Azərbaycan dilindən qrammatika qaydalara uyğun olaraq şifahi və yazılı istifadə bacarığı.
    • Yaradıcılıq qabiliyyəti, storytelling.
    • Araşdırma, analiz və hesabat hazırlama, təqdim etmə bacarığı.
    • Biznes yönümlü düşünmə bacarığı, marketinq kommunikasiyası, branding anlayışı olmaq.
    • Operativlik, punktuallıq və detallara diqqət etmə bacarığı.
    • “Texnologiya dostu” olma: sosial media platformaları, digital texnologiya və ləvazimatı idarə etmə bacarığı.

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlər hr@digitale.az e-mail ünvanına vakansiyanın adını qeyd etməklə CV göndərə bilər.