Top
Content

SEO

SEO - axtarış motoru optimizasiyasıdır. Axtarış motorları son bir neçə ildə daha da inkişaf edib. Artıq alqoritmlər sadəcə açar sözlər yerləşdirilmiş mətnlərlə kifayətlənmir. Axtarış zamanı ilk sırada gələn nəticə müştəri üçün ən yaxşısı olmalıdır. Biz axtarış motorları üçün ən uyğun kontent yaradır, məzmunu tapmaq və sıralamağa kömək edirik.

SEO strategiyası və fəaliyyət planının hazırlanması

Saytın SEO analizi aparılır, təkmilləşdirilməsi və düzəldiləməsi gərəkən işlər müəyyən edilir.Bizim SEO strategiya və planlama xidmətimiz əsasən aşağıdakı elementləri əhatə edir: Detallı açar söz araşdırması, Rəqiblərin SEO üzərindəki fəaliyyətini araşdırılması, Saytın hazırki durumunun təhlil edilməsi, Əldə etdiyimiz məlumatları analiz edərək hərəkət planı müəyyən edilməsi.

Saytın axtarış motorlarına tanıdılması

Saytın axtarış zamanı siyahıda ümumiyyətlə çıxması üçün öncə axtarış
motorlarına saytın var olduğunu bildirmək lazımdır ki, axtarış motoru robotları
saytı indeksləsin və tanısın.

Texniki optimizasiya

Google Crawl robotu saytın infrastrukturunu və içindəki məlumatları düzgün tanıya(indexliyə) və öz siyahısana əlavə edə bilməsi üçün bəzi texniki elementlər vardır ki, onlara mütləq əməl olunmalıdır, əks halda saytda olan məlumatlar, məzmunlar axtarış zamanı nəticə səhifəsində ümumiyyətlə görünməyəcək.

Sayt daxili(on-page) optimizasiya

On-page optimizasiya axtarış sıralamasında mövqeyini yaxşılaşdırmaq üçün bir
başa veb-sayt daxilində qəbul edilə biləcək bütün tədbirlər nəzərdə tutulur.

Saytdan kənar(off-page) optimizasiya

Off-Page optimallaşdırılması, axtarış sıralamasında mövqeyi yaxşılaşdırmaq üçün faktiki olaraq veb saytdan kənarda ediləcək bütün tədbirlərdir.

Rəqiblərin təhlili, davamlı nəzarət və yeniliklərin tətbiqi

SEO-da mövqeyinizi saxlaya bilməyiniz üçün daima nəzarət etmək və optimizasiya işlərini davam etdirmək tələb olunur ki, rəqibləriniz sizi üstələməsin. Digər tərəfdən də axtarış motorlarınıda baş verən yeniliklərə uyğunlaşdırlması vacibdir.

Hesabatlar

İşin gedişatını qiymətləndirə bilməyiniz üçün aylıq olaraq müəyyən göstəricilər üzərindən hesabatlar təqdim edirik.

Məlumat üçün bizə yazın!