Top
Content

SOSİAL MEDİA MARKETİNQ

Uğurlu sosial media strategiyası biznes məqsədlərinizə çatmaqda yardımçı olur, sizi və müştərilərinizi düzgün platformaya yönləndirir. Biz əvvəlcədən planlanmış sosial media marketing strategiyasına əsasən auditoriyanızı davamlı olaraq izləmədə saxlayır və hədəfə çatırıq.

Strategiyası və fəaliyyət planının hazırlanması

Sosial media fəaliyyətimizə  başlamamışdan öncə strategiya və planlama aparmaqla sosial şəbəkələrin imkanlarından daha effektiv və səmərəli şəkildə yararlanırıq. İlk öncə biznesinizi tanımaq, məqsədinizi müəyyən etmək daha sonra isə  bəlli olan hədəflərə çatmaq üçün sosial şəbəkələrdən hansı şəkildə və necə istifadə edəcəyimizə dair öncədən planlı qərar veririk. Bu işimizin uğurlu alınmasında çox böyük rol oynayır.

Sosial media hesablarının açılması və optimizə edilməsi

Sosial medianın sürətli bir şəkildə işiniz üçün yeni bir qapı halına gəldiyi dönəmdə, effektiv və cəlbedici sosial media profillərin yaradılması işin uğura getməsində önəmli rol oynayır. Profili qurmaq və konfiqursiya etmək üçün addımlar istifadə edəcəyimiz platformaya əsasən dəyişir. İstifadəçilərin sizi daha rahat tapması, auditoriyanı cəlb etmək və geri dönüşlərin artmasına kömək edə biləcək bəzi ümumi qəbul edilmiş qaydalar və ən yaxşı təcrübələri işimizdə tətbiq edirik.

Aylıq paylaşım (Hər platforma üçün)

Sosial media hesablarınızda strategiyaya uyğun əvvəlcədən təyin edilmiş kontet üzrə paylaşımların edilməsi ilə auditoriyanın diqqətini cəlb edəcək.  

Postlar üçün qrafik dizayn

Paylaşımların daha cəlbedici və izləyici maraq yaratması üçün qrafik şəkillərin olması qədər onların daha peşəkar səviyyədə redaktə olunması da bir o  qədər önəmlidir.

Foto

Marka və məhsulunuzu orijinal şəkillər ilə tanıtımaqla auditoriyanızda daha
unikal təəsüürat yarada bilərsiniz.

Video çəkilişi (interview)

Statistika göstəricilərinə görə video paylaşımlar izləyicilərin ən çox maraq doğurduğu məzmun növlərindəndir. Müsahibə və digər formatlı video çəkilişləri komandamıza həvalə edə bilərsiniz

Moderasiya və inbox-a cavab verilməsi vaxtı

Sosial şəbəkələr müştərilərə sorğularını cavablandırmaq üçün bir çox əvəzedilməz imkanlar verir. Onlar harda olmalarından asılı olmuyaraq sizə rahatlığla çata biləcəklər və bu da potensial müştəri qazanmaqda böyük rol oynayır.

Sosial media kampaniyası (contest, giveaway)

Mütəmadi olaraq sosial media hesablarında müsabiqə,  giveaway tipli kampaniyalar keçirərək kiçik büdcələr ilə izləyici auditoriyanızı artıra, həm də marka tanıtımınızı yüksəldə bilərsiniz.

MƏLUMAT ÜÇÜN BİZƏ YAZIN!