Geri

SEO strategiyasında açar sözlər necə seçilir

SEO Açar söz təhlili nədir?

Açar söz təhlili yaxud açar söz araşdırılması prosesi biznes və məqsədlərimiz üçün lazım, vacib olan açar sözlərin tapılması, analiz edilməsi və daha sonra seqmentləşdirilmiş açar sözlərdən biznesimizin SEO strategiyası üçün istifadə edilməsidir. Eyni zamanda unutmayaq ki, biz bu açar sözləri PPC strategiyamızda da istifadə edə bilərik.

Artıq bilirik ki, biz əgər SEO optimizasiyası yaxud Google və bənzəri axtarış motorlarında axtarış reklamları vermək kimi planınız varsa sizin açar söz araşdırmasına ehtiyacınız olacaq. Rəqəmsal marketinq mütəxəssisləri rəqəmsal marketinqin hansı qolu ilə məşğul olmasından asılı olmayaraq müəyyən səviyyədə açar söz təhlili bacarığına sahib olmalıdır.

SEO Açar söz araşdırmasının əhəmiyyəti

Açar söz araşdırılması istifadəçi niyyətini, istifadəçilərin arzu, istək və tələblərini başa düşməkdə bizə yardımçı olur. Yaxşı bir rəqəmsal marketinq mütəxəssisi bu detalları nəzərə almaqla fəaliyyət göstərdiyi biznes sahəsinin hədəflərini üst-üstə qoyaraq geri dönüşlər ala biləcəyi SEO yaxud PPC strategiyası qura və tətbiq edə bilər.

Ahrefs iddia edir ki, internetdə olan 90% səhifələr axtarış nəticələrində heç bir nəticə vermir. Yəni onlar axtarışda istifadəçilərin önünə çıxmır. Artıq açar söz araşdırmasının və onun düzgün tətbiqinin nə qədər vacib olduğuna bir daha şahid olduq.

SEO Açar Söz Araşdırmasının Gücü

Açar söz araşdırması sizin SEO və PPC strategiyanıza birbaşa təsir edəcək bir detaldır. Doğru açar sözləri tapmaq sizə və biznesinizə nə qədər yaxşı təsir etsə də yanlış açar sözlər sizin biznesiniz və büdcəniz üçün birbaşa kabus ola bilər.

Odur ki, düzgün açar söz araşdırılmasının hansı mahiyyətə malik olduğunun artıq fərqindəyik. SEO və PPC fəaliyyətlərinizə başlamamışdan öncə yaxşı və detallı açar söz araşdırması edin.